Qərb ölkələri İranı insan hüquqlarının pozulmasına görə tənqid edir

Qərb ölkələri İranı insan hüquqlarının pozulmasına görə tənqid edir

<!-- IMAGE -->

Qərbin qüdrətli dövlətləri İranda insan haqlarının pozulması halları ilə bağlı narahatlıqlarını bildirib və keçən il prezident seçkisindən sonra baş vermiş zorakılıqlarla bağlı beynəlxalq təhqiqatın aparılmasına çağırıb.

BMT-nin İnsan Hüquqları Şurasının İranda insan haqlarının vəziyətinin müzakirəsilə bağlı ilk iclasında Fransa səfiri Jan Baptist Mattey deyib ki, İran öz xalqına qarşı qanlı repressiya keçirib.

Fransa, Britaniya və ABŞ-ın səfirləri bildiriblər ki, onlar İranın vətəndaşlara qarşı zorakı təqiblərlə bağlı beynəlxalq təhqiqat aparılmasını qəbul etməsini istəyirlər.

İran bu narahatlıqları rədd etmiş və qərbin qüdrətli ölkələrini insan hüquqlarından “siyasi alət” kimi istifadə etməkdə ittiham etmişdir.