ABŞ Yəməndə əldə olunmuş atəşkəsi müsbət qarşılayır

ABŞ Yəməndə əldə olunmuş atəşkəsi müsbət qarşılayır

<!-- IMAGE -->

ABŞ dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların Yəmən hökuməti ilə şiə yaraqlıları arasında əldə olunmuş atəşkəsi müsbət qarşıladığını bildirib, lakin o, döyüşlər nəticəsində didərgin düşmüş insanlar barədə narahatlığını izhar edib. Bu gün açıqlanan bəyanatda Klinton bütün tərəfləri təmsil edən və artıq barışıq və yendənqurma prosesinə başlayan vasitəçi komitənin apardığ işi xüsusi vurğulayıb. O deyib ki, Birləşmiş Ştatlar ölkədə humanitar yardımın vəziyyətindən narahatdır və Amerika keçən ildən bəri evlərindən didərgin düşmül yəmənlilərə 19.3 milyon dollarlıq yardım edib. O, digər donor ölkələri də beynəlxalq yardım agentliklərini dəstəkləməyə çağırıb.