Vitse-prezident Bayden Dik Çeyninin terrorizmə qarşı mübarizəyə dair tənqidlərini rədd edib

Vitse-prezident Bayden Dik Çeyninin terrorizmə qarşı mübarizəyə dair tənqidlərini rədd edib

ABÇ-ın vitse-prezidenti Co Bayden deyib ki, keçmiş vitse-prezident Dik Çeyninin ya özünün düzgün məlumatı yoxdur, ya da o, Obama adminitrasiyasının terrorim əlyhinə mübarizədə əzmkarlığını tənqid edərək ictimaiyyəti düzgün məlumatlandırmır.

Bu gün NBC tele-şirkətinə müsahibəsi zamanı vitse-prezident Bayden bildirib ki, Çeyni tarixi yenidən yazmağa çalışır.

Keçmiş vitse-prezident Çeyni respublikaçılar arasında Obama adminitrasiyasının milli təhlükəsizlik sahəsində siyasətinin ən qızğın tənqidçisidir. O deyib ki, prezident Barak Obama özünü ABŞ-ın sanki terrorçularla müharibədə olmadığı kimi aparır, bunun nəticəsində isə amerikalıların təhlükəsizliyi daha az təmin edilmiş olur.

Lakin vitse-prezident Bayden deyib ki, Birləşmiş Ştatlar Obama adminitrasiyası dövrü prezident Buşun və Çeyninin Ağ Evdə olduğu illərlə müqayisədə əl-Qaidə liderlinin məhvində daha müvəffəq olub.