ABŞ Respublikaçıları
2001-ci il 11 sentyabr hücumlarının təşkilatçısı və onun silahdaşlarının hərbi
tribunal tərəfindən mühakimə edilməsinə çağırırlar. Respublikaçıların həftəlik radio müraciətində
senator Lindsi Qraham ABŞ prezidenti
Barak Obamanın beş terror şübhəlisini Nyu York şəhərində mühakimə etmək
qərarını "böyük səhv" adlandırıb. Obama
administrasiyasının terror şübhlilərini mülki məhkəmədə mühakimə etmək barədə
qərarı həm Respublikaçılar həm də Demokratlar tərəfindən artan müqavimətlə
üzləşir. Obama administrasiyası
şübhəliləri hərbi tribunal qarşısına çıxarmağı istisna etməyib. Senator Qraham bildirib ki, Əl Qaida
terrorçularına ABŞ vətəndaşlarına məxsus olan hüquqlar verilməməlidir.