Birləşmiş Ştatlar
İranın uranın zənginləşdirilməsi səylərində nəzərə çarpacaq inkişaf əldə etməsi
iddiasını rədd edib. Ağ Evin sözçüsü Robert Gibbs dünən bildirib ki, İran
prezidenti Mahmud Əhmədinejadın dediklərinin çoxu doğru deyil və İran liderinin
ən son bəyanatı fizikaya yox, siyasətə əsaslanır. Dünən səhər saatlarında cənab
Əhmədinejad deyib
ki, İran indi uranı demək olar ki, nüvə silahı əldə etmək üçün lazım olan
dərəcədə zənginləşdirmək qabiliyyətindədir. O əlavə edib ki, Tehranın belə bir addım atmaq planı yoxdur.
Reuters xəbər agentliyinə müsahibədə
İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi bildirib ki, ölkəsi uranı 100 faiz
zənginləşdirmək qabiliyyətinə malikdir. Ekspertlər deyir ki, nüvə silahı əldə
etmək üçün uranı 90 faiz zənginləşdirmək kifayət edir.