İraqda
7 mart ümummilli seçkilər üçün təbliğat-təşfiqat kampaniyasına bu gün start
verilib. Bu gün Bağdad küçələrində ilk
kampaniya plakatları yerləşdirilib. Təbliğat-təşfiqat kampaniyası keçmiş İraq lideri Səddam Hüseynin Bəhs
partiyası ilə əlaqəsi olmaqda ittiham edilən bəzi sünni namizədlərin seçkilərdə
iştirakına qadağa qoyulması ətrafında gərginlik yaranan zaman başlayıb. İraqın
şiələrin nəzarətindəki hökuməti keçmiş
Bəhsçiləri yüksək vəzifələrdən kənarlaşdırmağa çalışır. Analitiklər deyir ki,
bu səylər şiələr və sünnilər arasısında gərginliyi yenidən artıra bilər.