ABŞ vitse prezidenti Co Bayden deyir ki, Pakistandakı təhlükəsizlik situasiyası onu İraq, İran və ya Əfqanıstandan daha çox narahat edir.
CNN telekanlına müsahibədə cənab Bayden deyib ki,Pakistan nüvə silahlarına malikdir və burada əhalinin əhəmiyyətli hissəsi radikallaşıb.O, əlavə edib ki, Pakistan “tam funksional demokratiya deyil.”
Pakistan ABŞ-ın qonşu Əfqanıstanda səylərində mühüm rol oynayır.
Vaşinqton Pakistan qüvvələrinin sərhəd regionlarında militantlara qarşı hücum əməliyyatlarını dəstəkləyib.
Cənab Bayden həmçinin bildirib ki, İranın atom bombası əldə etməsi regionda Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi dövlətləri də buna nail olmağa can atmağa vadar edəcək.