Ukraynada seçki komissiyası Viktor Yanukoviçin qələbəsini təstiq edib

Ukraynanın seçki komissiyası bazar günü keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrə görə Viktor Yanukoviçin qələbəsini elan edib. Seçki komissiyası səslərin tamamının sayıldığını Yanukoviçin 49 faiz, Timoşenkonun isə 45.5 faiz səs aldığını bildirib. Komissiya ilkin nəticələr barədə açıqlamanı bu gün verib. Səslərin hesablanmasının rəsmi nəticələri isə cümə günü elan ediləcək.

Bu arada Yuliya Timoşenko bildirib ki, hüquqi yollardan tam istifadə edilib, münaqişəli seçki dairələrində səslərin yenidən hesablanması gerçəkləşmədikçə o məğlubiyyəti qəbul etməyəcək.

Seçkinin nəticələrinə qanuni yollarla etiraz ediləcəyi barədə bəyanat İnternet qəzeti Ukrainskaya Pravdanın xanım Timoşenkonun bazarertəsi gecə öz partiyasının yığıncağında Viktor Yanukoviçin qələbəsini əsla qəbul etməyəcəyi barədə açıqlamasını verməsindən sonraya təsadüf edir.

ATƏT cümə axşamı günü seçkilərin ədalətli və demokratik qaydalara uyğun keçdiyini bəyan etmişdi.