Əl-Qaidə ABŞ-ın maraqlarına qarşı hücumlarla hədələyir

Yəməndə Əl-Qaidə qrupunun başçısının müavini Səid əl-Şihri ABŞ-a qarşı yeni hücumlara çağırıb. Onun islamçı ekstremistlərin istifadə etdiyi veb səhifədə bu çağırışlarla audio mesajı yerləşdirilib.

Səid əl-Şihri deyib ki, hücumlar Amerikanın maraqlarını təmsil edən bütün yerlərdə həyata keçirilməlidir. O, Səudiyyə Ərəbistanı və Misri onun ifadəsilə, "yəhudilər və xristianları neft və Ərəbistan yarımadası ətrafında suya çıxış imkanı ilə təmin etməklə onların maraqlarını qorumaqda" ittiham edib.

Əl-Şibhi ABŞ-ın Kubada Quantanamodakı həbsxansının keçmiş məhbusudur.