İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib

İran hökuməti dünya qüdrətlərinin uran zənginləşdirilıməsinə son qoyması yönümündə təzyiqləri rədd edərək, BMT-yə uranı daha yüksək səviyyələrə zənginləşdirəcəyi barədə açıqlama verib. İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsğər Soltaniyeh İranın bu açıqlamanı bu gün təqdim etdiyini açıqlayıb.İranın atom enerjisi üzrə qurumunun rəhbəri bundan əvvəl ölkəsinin zənginləşdirmə prosesini çərşənbə axşamı bərpa edəcəyini bildirmişdi.

İran tibbi tədqiqat üçün nəzərdə tutulmuş reaktoru yanacaqla təmin etmək üçün uranı 20 faizədək zənginləşdirməli olduğunu israr edir.