Ukraynada prezident seçkiləri keçirilir

Bu gün Ukraynada president seçkiləri keçirilib. Prezidentlik uğrunda iki namizəd – hazırkı baş nazir Yuliya Timoşenko və Rusiyayönümlü müxalifət lideri Viktor Yanukoviç gərgin mübarizə aparır. Hətta bu gün səsvermə başlamamışdan əvvəl də tərəflər bir-birini seçkiləri saxtalaşdırmaqda ittiham edib. Baş nazir Timoşenko və cənab Yanukoviç keçən ay keçirilən birinci raund president seçkilərində ilk iki yeri tutan namizədlərdir. Tərəflərin kampaniyaları qarşılıqlı böhtan və təhqirlərlə yadda qalıb. Namizədlərdən hər hansının nəticələri qəbul etməyəcəyi təqdirdə kütləvi nümayişlərin baş qaldıracağı istisna edilmir. Daha öndə olduğu iddia edilən cənab Yanukoviç yenidən siyasətə qayıtmağa çalışır. O, 2004-cü ildə onun qalib gəldiyi açıqlansa da, sonrada kütləvi pozultular səbəbilə keçirilmiş etiraz nümayişləri Narıncı İnqilaba yol açmış və keçirilmiş yeni seçkilər nəticəsində qərbyönümlü hazırkı president Viktor Yuşçenko dövlət başçısı seçilmişdi.