İraq militantları itkin düşmüş amerikalının göstərildiyi videonu nümayiş etdirib

İraqda şiə militant qrup keçən ay itkin düşmüş ABŞ kontraktorunun çəkildiyi videonu nümayiş etdirib.

İnternetdə yerləşdirilmiş videoda ABŞ ordusunun formasında bir kişi göstərilir. O, militant qrupun adı yazılmış bayrağın qarşısında oturmuşdur.

Dünən ABŞ Müdafiə nazirliyi 60 yaşlı amerikalı kontraktor İssa T. Salominin yanvar ayının 23-də itkin düşdüyünü və onun axtarışının aparıldığını bildirmişdir.

Videoda göstərilmiş şəxs özünü təqdim etməyərək, qrupun tələblərini oxuyur. Burada İraqda məhbuslarının azad edilməsi və ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması tələb edilir.

Qrup habelə Blakwater şirkətində çalışan ABŞ kontraktorlarının iraqlılara qarşı cinayətlərə görə ədalət məhkəməsi qarşısına çıxarılmasına çağırır.