Rusiya rəsmiləri deyir ki, Çeçenistanda baş vermişç
silahlı toqquşma zamanı 5 təhlükəsizlik qüvvəsi və 5 yaraqlı həlak olub. Yerli
təhqiqat komitəsinin sözçüsünün bildirdiyinə görə, dünən başlayan atışma nəticəsində
7 əsgər xəsarət alıb. Çeçenistan Rusiyanın İslamçı separatçılarla bağlı
zorakılıqlara məruz qalan təhlükəli regionunun tərkib hissəsidir. Digər bir
məlumata görə, polis rəsmiləri Rusiyanın Dağıstan regionuna qonşu İzberbaş
şəhərində yüksək vəzifəli anti-terror rəsmisi avtomobilin partladılması
nəticəsində həlak olub.