Ekspert Rusiyanın səmimi tərəfdaş hesab etmir

Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan prezidentinin Almaniyada Avropa ölkələrini neft-qaz sahəsində əməkdaşlığa çağırmasını Azərbaycanın qərbə yeni mesajı kimi qiymətləndirir.
Cənab Şaban “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Soçi görüşündən sonra Azərbaycan prezidentinin belə bəyanatla çıxış etməsi önəmlidir. “Bu Azərbaycanın uzunmüddətli, səmimi tərəfdaş axtarışıdır. Soçi görüşü bir daha sübut etdi ki. Rusiya səmimi tərəfdaş deyil”, - deyə o qeyd edib.
Ekspert Azərbaycanla Türkiyə arasında qazın qiymətləri ilə bağlı danışıqlarının davam etdiyini bildirib. “Ancaq tərəflərin tezliklə razılığa gələcəyini düşünmək tezdir. Yaxın günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Ankarada danışıqları davam etdirəcək”.