Pakistan rəsmilərinin bildiriyinə görə, dünən ölkənin şimal-qərbində 3 amerikalı hərbi təlimçinin və 4 pakistanlının ölümü ilə nəticələnən intiharçı hücumu ilə əlaqədar olaraq 35 nəfər həbs edilmişdir. Polis rəsmisi Naim Xan bu gün bildiribki, şübhəlilər Aşağı Dir mahalında həyata keçirilən hücumun kimlər tərəfindən planlaşdırılıb həyata keçirildiyi barədə sorğu-sual edilirlər.Pakistandakı Talibanın sözçüsü hücumun məsuliyyətini təşkilatın öz üzərinə götürdüyünü bildirib. Ölən pakistanlılardan 3-nün məktəbli qızlar və birinin əsgər olduğu deyilir.Hadisə nəticəsində 60 nəfərdən çox insanın da yaralandığı xəbər verilir.
Bu arada isə qəbilələrin yaşadığı Bajaur regionunda Pakistan ordusunun yaraqlılara qarşı əməliyyatlarını davam etdirdiyi və son gün 12 yaraqlının öldürüldüyü xəbər verilir.