Haitili yaralılar ABŞ-a gətirilir

Haiti zəlzələ qurbanlarını Birləşmiş Ştatlara gətirən ABŞ-ın hərbi uçuşları bu gün bərpa olunub. Tibbi evakuasiya uçuşları keçən həftə xəstələrin hara köçürülməsi və onların səhiyyə xərclərinin kim tərəfindən ödənməsinə dair mübahisələr səbəbilə təxirə salınmışdı. Ağ Ev sözçüsü Tommi Vietor deyib ki, Ağ Ev Birləşmiş Ştatların və beynəlxalq tərəfdaşların yaralı haitililərə yardım göstərmək üçün yetərli tibbi ləvazimata malik olmasına dair təminat əldə edib. Dünən yardım işçiləri ağır vəziyyətdə olan 3 uşağı özəl təyyarə ilə paytaxt Port-o-Prinsdən ABŞ-ın Filadelfiya şəhərindəki uşaq xəstəxanasına gətiriblər.