Prezident Obama hesabat məruzəsindən sonra yeni iş yerlərinin açılması planlarını elan edir

ABŞ prezidenti Barak Obama amerikalılara Konqresin birgə iclasında etdiyi hesabat məruzəsində söz verdiklərini həyata keçirməyi planlaşdırdığını nümayiş etdirir.

Prezident bu gün Florida ştatına səfər edərək, sürətli dəmir yolunun inşası üçün iqtisadi stimullaşdırma paketindən 8 milyard dollar ayrıldığını elan etməyə hazırlaşır. Obama administrasiyasının rəsmiləri bu vəsaitin yeni iş yelərinin açılmasına kömək edəcəyini bildirirlər .

Dünən axşam hesabat məruzəsində deyib ki, qanunvericiləri amerikalıların illərdir qarşılaşdığı iqtisadi probləri həll etməlidir.