Prezidentlərin Konqres qarşısında illik çıxışlarının tarixi

ABŞ- konstitusiyasına əsasən ölkə prezidenti ildə bir dəfə Konqresin birgə iclası qarşısında hesabat məruzəsi ilə çıxış edib ölkənin vəziyyəti, öz siyasətləri və planları və lazım bildiyi başqa məsələr barədə məlumat verməlidir. Konstitusiyada prezidentin illik çıxışı barədə əlavə məlumat verilmir. Artıq prezidentlərin həmin illik çıxışları ənənəvi olaraq, rəsmi şəkildə “Ölkənin Birliyi Haqqında Çıxış” adlandırılır. Artıq bu çıxışlar Amerika siyasətində mühüm bir hadisəyə çevrilmişdir ki, ölkənin başlıca telekanalları həmin çıxışı canlı olaraq yayır.

Konqres qarşısında çıxış ənənəsi Birləşmiş Ştatların birinci prezidenti Corc Vaşinqtonla başlamışdır. O ildə bir dəfə birbaşa Konqres qarşısında çıxış edirdi.
Amerikanın üçüncü prezidenti Tomas Cefferson isə Konresin birgə sesiyası qarşısında çıxış etməyin tərəfdarı deyildi. O buna görə 1801-ci ildə çıxış etmək əvəzinə illik mesajını Konqresə yazılı formada da təqdim etdi.

O zamandan Vudro Vilsonun vaxdına qədər prezidentlər illik hesabatlarını Konqresə yazılı formada təqdimə davam etdilər. Prezident Vilson 1913-cü ildə iqtisadi nizamnamalar barədə təklifini Konqres qarşısındakı çıxışında açıqladı. Vilsondan sonra Konres qarşısında çıxış edən ilk prezident Franklin Ruzvelt oldu və birinci dəfə onun illik çıxışı radiodan yayımlandı.

Corctaun Universitetinin eksperti Stefan Veynin dediyinə görə prezidentlər Konqresin birgə sesiyası qarşısındakı çıxışlarında Konresə demək olar öz gündəmlərini təqdim edir öz nailiyyətləri və gələcəkdəki planları barədə Amerikan xalqına müraciət edirlər.


Abraham Linkoln 1862-ci ildəki illik mesajından istifadə ilə quldarlığın ləqvi uğrunda mühüm bir addım ataraq demişdi ki, quldarlıq olmasaydı vətəndaş müharibəsi də olmazdı. Ondan sonra da ABŞ prezidentləri mühüm siyasətlərini və planlarını bu çıxışlardan istifadə ilə Konresə və Amerika xalqına elan etmişlər.