ABŞ prezidentinin ölkədə vəziyyətə dair hesabat məruzəsinin əsas mövzusu iqtisadiyyat olacaq

ABŞ prezidenti Barak Obamanın populyarlıq reytinqinin düşdüyü və işsizlik səviyyəsinin 10 faizə çatdığı bir şəraitdə bu gün ölkənin vəziyyətinə dair hesabat məruzəsində əsas diqqəti iqtisadiyyata verəcəyi gözlənilir.

Prezident Obama televiziya ilə canlı yayımlanacaq hesabat məruzəsini Konqresin birgə iclasında edəcək.

Məruzə qanunvericilərə ölkə daxili proqmramlara xərclərin dondurulması təklifini də əhatə edəcək.

Ağ Ev bildirir ki, xərclərin dondurulmasının əsas məqsədi büdcə defisini azaltmaqdır.

Obama administrasiyası xərcləri azaltmaq, yeni iş yerləri yaratmaq və iqtisadiyyatı tənəzzüldən çıxarmaq üçün təzyiqlərlə qarşılaşır.