Birmanın
ali rəsmisi təkrarən deyib ki, demokratik hərəkat lideri Aunq San Suu Kyi ev
dustaqlığından noyabr ayında azad ediləcək ki, bu, da onun qarşıdan gələn milli
seçkilərə qatılması üçün gec olacaq. Yanvarın 21-də yerli rəsmilərlə keçirilən
görüşün şahidlərinin sözlərinə görə, Daxili İşlər Naziri General-Mayor Maunq Oo
64 yaşlı Nobel Sülh laureatının ev dustaqlığının bitməsi müddətini açıqlayıb.
Onun cəza müddəti keçən ilin avqust
ayında əlavə 18 ay müddətinə uzadılmışdı. Amerikalı bir nəfər Ranqunda onun
qaldığı evə icazəsiz daxil olduğuna görə, Suu Kyi cəza qaydalarını pozmaqda
ittiham olunmuşdu. Hələlik seçkilərin dəqiq tarixini açıqlamayan hərbi hökumət
səsvermənin azad, ədalətli və şəffaf keçəcəyinə söz verib.