ABŞ və Rusiya gələn ayın əvvəli strateji silahların azaldılması ilə bağlı danışıqları bərpa edəcək

Birləşmiş Ştatlar və Rusiya gələn ayın əvvəli strateji silahların azaldılması ilə bağlı danışıqları bərpa edəcəklərini bildirib.

Yeni START müqaviləsi müddəti dekabr ayında bitmiş 1991-ci ilin müqaviləsini əvəz etməli idi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, tərəflər bir sıra məsələlər ətrafında mühüm inkişafa nail olub və fevral ayında danışıqlar bərpa edildiyi zaman detalların yekunlaşdırılacağı gözlənilir.

Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının sözçüsü Mayk Hammer Ağ Evin inkişafdan razı qaldığını deyib. Onun bildirdiyinə görə, Milli Təhlükəsizlik məsələləri üzrə müşavir, general Ceyms Cons və Birgə Qərargahlar idarəsinin rəisi, admiral Mayk Mallen Moksvada Rusiya Silahlı qüvvələrinin Baş Qərargahının rəisi, general Nikolay Makarovun başçılıq etdiyi heyətlə iki gün bağlı qapılar arxasında danışıqlar aparıblar.