Şimali Koreya Cənubi Koreya ilə
sərhəd Kaesonq şəhərindəki birgə sənaye kompleksinə dair hərbi danışıqların
keçirilməsini təklif edir. Cənubi Koreyanın Birləşmə naziri deyir ki, Pxenyan
gələn həftə sərbəst rabitə, sərhəd keçidi və gömrük qiymətləri ilə bağlı
müzakirələr keçirmək istəyir. Hər iki ölkədən olan mülki müzakirəçilərin
Kaesonq barədə danışıqları heç bir müsbət nəticə əldə edilmədən başa çatsa da,
onlar fevralın 1-də yeni raund danışıqların keçirilməsinə dair razılıq əldə
etmişdilər. Cənubi Koreyanın 100-dən çox şirkəti Kaesonqda 42 min Şimali
Koreyalını işlə təmin edib. Bu obyekt Koreyalar arasında artan gərginliyə səbəb
olur.