Zəlzələ nəticəsində didərgin düşən haitililər yeni salınmış kəndlərə köçürüləcək

Haiti hökumətinin bildirdiyinə görə, keçən həftə baş verən zəlzələ nəticəsində didərgin düşən 400 000 insan dağlımış paytaxt Port-o Prinsdən kənarda salınmış yeni kəndlərə köçürüləcək. Rəsmilər deyirlər ki, sakinlərin tez bir zamanda köçürülməsi üçün onlar nəqliyyatla təmin ediləcəklər.

Keçən həftə bölgədə 7 bal gücündə baş verən zəlzələ bir milyon yarım insanın evsiz-eşiksiz qalmasına səbəb oldu və onların çoxu insanla dolu, anti-sanitariyanın baş alıb getdiyi açıq havada quraşdırılmış düşərgələrdə qalmalı olublar.

Dünən Birləşmiş Ştatlar ordusu bölgəyə yardım çatdırılması üçün Haitin paytaxtındakı əsas limanın açıldığını xəbər verib. ABŞ-ın cənub bölgəsinin komandanı, general Duqlas Freyser Birləşmiş Ştatların düşürmə qurğusunun 150 kanteynerdən ibarət yükü liman vasitəsilə içəri keçirə biləcəyini və bu gündən yükləmə imkanlarının 250 kanteyneri əhatə edəcəyini bildirib.