Narıncı İnqilab və onun ideyaları

Minlərlə insan Kiyevin Azadlıq Meydanında bir ağızdan Viktor Yuşçenko deyə qışqırır. Maydan adı ilə tanınan bu meydan indi təkcə yer anlamına gəlmir. Maydan həm də artıq şərəfli hökumət və yaxşı iqtisadiyyat ümidləri təqdim edən tarixi hadisə anlamına gəlir.

Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb. Hər şey dağılıb, köhnə qvardiya hər şeyi ələ keçirib”.

Bir çox seçicilər cənab Yuşçenko və onun adminisrasiya üzvlərini köhnə qvardiya adlandırır. Onlar habelə prezidentin Narıncı İnqilab müttəfiqi olmuş baş nazir Yuliya Timoşenkonun da korlandığından şübhələnir. Eləcə də sabiq baş nazir Viktor Yanukoviç. Ukrayna ali məhkəməsi onun 2004-cü ildəki qələbəsinin saxtakarlıqlar yolu ilə əldə olunması barədə hökm çıxartmışdı.

2004-cü ildə insanlar küçələrdə nağara çalaraq və rəqs edərək vicdanlı liderlərin və güclü iqtisadiyyatın meydana çıxacağına ümid edirdilər. 2010-cu il seçkiləri ərəfəsində isə bunların hər ikisi şübhə altındadır.

Xırda biznesmen olan fizik Bohdan Markeviç deyir ki, Narıncı İnqilabın liderləri insanların nə üçün ruhdan düşməsi haqda düşünməlidir: “Əsas şey odur ki, onlar bizim ruhdan düşməmiz əleyhinə olmamalı, bizim bunu xoşlayacağımızı düşünməməlidirlər. Biz öz düşüncəmizə sadiq qalırıq.Ukrayna vicdanlı dövlət olmalıdır”.

Markeviçin sözlərinə görə, Maydan gənc iştirakçılara bələdçilik edəcək. O, inanır ki, Rusiya və digər post-Sovet ölkələrində demokratik düşüncəli insanlar Narıncı İnqilaba hələ də qısqanclıqla yanaşır.

Ukraynalı politoloq Oliksey Haran bunu Amerikanın Səsinə şərh edir: “İnqilab bir çox şey gətirdi, O, demokratiya, söz azadlığı hakimiyyətdə iqtidarın müxalifətlə əvəzləndiyi demokratik seçki gətirdi.”

Buna baxmayaraq Maydanın hələ də iqtisadi və mənəvi vədləri həyata keçməyib. Ancaq ukraynalılar belə görünür hələ də inanırlar ki, Narıncı İnqilab yüksək standartlar formalaşdırıb və ölkə siyasətçiləri həm 2010 həm də sonrakı illərdə məhz bu standartlarla mühakimə olunacaq.