Litvanın
xarici işlər naziri ölkəsinin ABŞ kəşfiyyatı üçün gizli həbsxanalar saxlaması barədə
iddialarla bağlı prezidentlə arasında yaranan gərginliklə əlaqədar istefa verib. Nazir Viqaudas Usakas və prezident Daliya
Qribauskayte parlamentin apardığı təhqiqatın Mərkəzi Kəşfiyyat Agentliyinin Əl-Qaida
şübhəlilərini saxlamaq üçün Litvada gizli məhbəslər yaratması qənaətinə
gəldikdən sonra toqquşublar. Lakin təhqiqat
həmin obyektlərdə məhbusların saxlanmasını sübuta yetirməyib. Prezidentlə xarici işlər naziri arasında toqquşmanın
başqa mənbəyi qonşu Belarus və onun avtoritar lideri ilə münasibətlər
olub. Usakas Belarusa qarşı daha sərt
mövqe tutmağın tərəfdarıdır