Vyetnamda 4 dissident azadlıqdan məhrum edilib

Vyetnam məhkəməsi 4 siyasi dissidenti sabotajda təqsirli bilərək 16 ilədək həbsə məhkum edib. Dissidentlər çoxpartiyalı dövləti təşviq etmək və mühacirətdə olan demokratiyönümlü qrupla əməkdaşlıq da daxil olmaqla hökuməti devirmək məqsədli fəaliyyətlər aparmaqda şübhəli bilinərək Ho Çi Min şəhərində məhkəmə qarşısına çıxarılıblar. ABŞ-da təhsil almış insan haqları müdafiəçisi Le Conq Din və Le Tanq Lonq bir günlük məhkəmədən sonra 5 illik həbsə məhkum edilib. 3-cü müttəhim Nquyen Tien Trunq 7 il, internet biznesmeni Tran Huynh Duy Tuk isə 16 ilədək azadlıqdan məhrum edilib.