Pakistanda ABŞ-ın raket hücumu nəticəsində 20 militant qətlə yetirilib

Pakistan rəsmiləri ABŞ-ın pilorsuz təyyarəsinin raket hücumu olduğuna inanılan hücum zamanı 20 militantın öldüyünü bildirilər. Rəsmilər ölənlərin sayının daha artıq olaca biləcəyini ehtimal edir.

Raket hücumu Pakistanın Cənubi Vəziristan regionunun Şaktoy rayonunda baş verib.

Dünən Pakistanda Taliban militantları açıladıqları audio kasetdə bildiriblər ki, onların lideri Həkimulla Məsudun keçən həftə ABŞ-ın raket hücumu nəticəsində ölmədiyi sübut edilib.

Pakistanın kəşfiyyat mənbələrinə əsasən, Məsud azı 12 militantın ölümülə nəticələnmiş raket hücumu nəticəsində yaralanmışdır.