Dünya qüdrətləri İrana qarşı sanksiyaları müzakirə edir

Dünyanın altı aparıcı qüdrəti Nyu Yorkda bir araya gələrək İrana qarşı nüvə proqramı ilə bağlı əlavə sanksiyalar tətbiq etməyi nəzərdən keçirirlər. Bu gün bağlı qapılar arxasında keçirilən görüşün məqsədi İranı danışıqlar masasına qaytarmaq üçün Tehrana təzyiq göstərməkdir. Dünya liderləri istəyirlər ki, İran BMT-nin təklif etdiyi planı qəbul etsin. Həmin plana əsasən İranda zənginləşdirilən uran daha yüksək dərəcəyə saflaşdırılmaq üçün üçüncü ölkəyə göndərilməlidir. İran bu razılığı qəbul etmək üçün dekabrın 31-ə qoyulan vaxt möhlətinə məhəl qoymayıb.