Pakistanın taliban lideri Hakimulla Məhsud şənbə günü Birləşmiş Ştatların pilotsuz təyyarəsinin
raket hücumu nəticəsində xəsarət almadığını bəyan edən yeni audio kaset yayıb. Audio yazıda Məhsud yaralanmadığını demiş və
cümə axşamı Cənubi Vəziristana Birləşmiş Ştatların pilotsuz təyyarəsinin raket zərbəsi nəticəsində Hikmətulla Məhsudun öldürüldüyü güman edilən hücum haqda söz
açmışdır.Pakistanın taliban qrupu cümə
günü Məhsudun sağ olduğunu bildirən kaset
yaymışdı.Lakin həmin kasetdə tarix qeyd
olunmurdu.Bundan öncə Birləşmiş
Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi nümayədəsi Riçard Holbruk müxbirlərə deyib ki, Pakistan taliban qrupunun lideri Hakimulla Məhsudun raket
hücumu nəticəsində ölüb-ölmədiyini bilmir.
O, deyib ki, əgər Məhsud diridirsə, o, dünyanın ən pis adamlarından
biridir.