Çin ABŞ-la münasibətlərin dəyişməyəcəyini deyir

Çin hökuməti deyir ki, ABŞ-da qərargahlanan internet nəhəngi Google şirkətinin Çini tərk etmək haqda hədəsinə baxmayaraq Amerika ilə ticari və iqtisadi əlaqələri dəyişməyəcək. Ticarət Nazirliyinin sözçüsü Yao Cian bu bəyanatı Pekində keçirilən mətbuat konfransında verib. Google bu həftənin əvvəlində elan etdi ki, çinli insan hüquq müdafiəçilərinin email hesablarına müdaxilə aşkar etdikdən sonra o, bir daha internet səhifəsindəki materiallara senzura tətbiq etməyəcək. Çin rəsmiləri israr edirlər ki, ölkə qanunları internet hücumlarını qadağan edir və ölkədə internet açıqdır.