ABŞ hərbi qüvvələri Venesuela prezidenti Hüqo Çavesin Amerika hərbi təyyarəsinin onun ölkəsinin hava ərazisinə daxil olması haqda iddiasını rədd edir.
Prezident Çaves iki F-16 hərbi təyyarəsinə onun sözlərilə ölkə üzərində uçan ABŞ-ın P-3 təyyarəsini tutmaq haqda göstəriş verdiyini deyib.
Venesuela liderinin bildirdiyinə görə, Amerika təyyarəsi yaxınlıqda Niderlanda məxsus Antil adalarından iki dəfə ölkənin hava ərazisinə daxil olub.
Lakin ABŞ-ın Mayamidə Cənub komandanlığının sözçüsü, Amerikanın heç bir təyyarəsi Venesuelanın hava ərazisində uçmadığını bildirib. Onun sözlərinə görə, ABŞ əvvəlcədən razılaşdırılıb koordinasiya edilməmişdən heç bir ölkənin ərazisi üzərindən uçuşlar təşkil etmir.
Cənab Çaves keçən ay Niderlandı ABŞ-a Hollandiyaya məxsus bu Karib adalarından Venesuelaya qarşı hücumlara hazırlaşmağa icazə verməkdə ittiham etmişdi.