Talibanın Pakistanda keçmiş lideri Baitullah Məsudun qətlinə görə qisas almağa and içərək, Əfqanıstanda ABŞ-ın yeddi kəşviyyat agentini öldürmüş intiharçının göstərildiyi yeni video açıqlanıb.
Pakistan televiziyası və ərəb dilində Əl-Cəzirə kanalının bu gün göstərilmiş bu videoda həmin şəxsin Humam Xəlil əbu-Mulal əl-Bələvi olduğu deyilir. Videoda o, Talibanın lideri Həkimulla Məsudla yanaşı oturduğu halda göstərilir.
Özünü “iordaniyalı” adlandıran Əl-Bələvi deyir ki, ABŞ və İordaniya kəşfiyyat agentlikləri ona Taliban əleyhinə casusluq etmək üçün milyonlarla dollar təklif ediblər. Lakin onun sözlərinə görə, o bunun əksini edərək hər şeyi Talibana söyləmişdir. O habelə deyib ki, onun hücumu ABŞ-ın hədəflərinə qarşı çox hücumdan biridir. Videonun həqiqiliyi hələ təsdiq edilməyib.