ABŞ-ın
yüksək səviyyəli rəsmsinin sözlərinə görə, kəşfiyyat agentlikləri prezident
Barak Obamanın dekabrın 25-i nigeriyalının Amerika təyyarəsini partlatmaq cəhdi
ilə bağlı sərt tənqidlərindən özləri üçün lazımı mesajı alıblar. Milli
Təhlükəsizlik agentliyinin direktoru Dennis Bleyer cənab Obama ilə görüşün
ardınca terrorçuların yeni taktikaları
üzərinə işləyib onların məğlub ediləcəyinə və gələcəkdə yeni terror
hücumlarının qarşısının alınacağına söz verib. Cənab Obama dünən deyib ki,
təyyarəni partlatmaq cəhdinin dayandırmaqda uğursuzluq faciəvi sonluqla
nəticələnə bilərdi. Prezidentin sözlərinə görə, ABŞ kəşfiyyat agentlikləri Ömər
Faruk Əbdülmütəllibin Amsterdamdan Detroyta uçan təyyarəyə minməsinin qarşısını
almaq üçün kifayət qədər dəlilə malik idi.