Qərb Yəməndəki səfirliklərini bağlı saxlayır

Artıq ikinci gündür ki, Birləşmiş Ştarlar və Britaniya Əl-Qaidanin yerli terror şəbəkəsindən qaynaqlana biləcək təhlükə üzündən Yəməndəki səfirliklərini bağlı saxlayırlar. Bu gün isə Fransa Yəməndəki öz səfirliyini bağlamaq qərarına gəlib. Birləşmiş Ştatlar səfirliyinin bildirdyinə görə, dekabrın 25-də, Milad bayramı günü Birləşmiş Ştatlar təyyarəsini partlatmağa cəhd göstərən nigeriyalı Ömər Faruk Əbdülmütəlləbə də təlimlər Yəməndə, Əl-Qaida tərəfindən keçirilmişdir. Yəmən rəsmilərinin məlumatında deyilir ki, bu gün paytaxt Sənada iki Əl-Qaida üzvü hökumət qüvvələri tərəfindən öldürülmüş, biri isə yaralanmışdır. Yəmən hərbi qüvvələri eləcə də, Səudiyyə Ərəbistanı ilə sərhəddəki şiələrvə cənubdakı qəbilərlərin yaşadıqları ərazilərdə də əməliyyatlar keçirirlər.