Türkiyədə qatar qəzası baş verib

Türkiyə mediası xəbər verir ki, ölkənin şimal qərbində iki sərnişin qatarının toqquşması nəticəsində qatar sürücüsü ölmüş, bir neçə sərnişin və ekipaj üzvləri yaralanmışdır. Qatarlar İstanbul-Eskişehir marşrutu ilə bir-birinə əks istiqamətdə hərəkət edirdilər. Türkiyənin nəqliyyat nazirliyi deyir ki, qatarlardan biri stop siqnalında dayanmayıb və yerində dayanmış o biri qatara çırpılıb. Qəza İstanbuldan 250 kilometr məsafədə yerləşən Bilecik vilayətindəki Vezirhan və Bayırköy stansiyaları arasında baş verib.