İraqda terror hücumları baş verib

İraq rəsmiləri bildirirlər ki, ölkənin şimalında yerləşən Tuz Xormato şəhərində şiələr Aşura gününü qeyd edən vaxt, bomba partlayışı nəticəsində azı 6 nəfər həlak olub, təxminən 20 nəfər isə yaralanıb. Rəsmilərin dediklərinə görə təxminən 3 milyon zəvvar Kərbəlada İmam Hüseyn hərəmində Aşuranı qeyd edib. Kərbəla ətrafında hücumlar baş verməyib. Hökumət zorakılıqların qarşısını almaq üçün əlavə olaraq Kərbala və onun ətrafında 25 min əsgər yerləşdirib.