Bu
gün Birma Ali Məhkəməsi ev dustaqlığında olan müxalifət lideri Aunq San Suu
Kyinin apelyasiya şikayətini qəbul etməyə razılıq verib. Aşağı instansiya
məhkəməsi avqust ayında Nobel sülh mükafatı laureatının ev dustaqlığı müddətini
əlavə 18 ay uzatdıqdan sonra onun vəkilləri keçən ay Ali Məhkəməyə müraciət
etmişdi. Müddətin uzadılmasına səbəb isə
bir amerikalının dəvət olunmadan üzərək gölü keçməsi və onun cəza çəkdiyi evə
daxil olması idi. Hüquq işçiləri deyir
ki, ev dustaqlığı müddətini uzadılması qeyri-qanunidir, cünki bu qərar hazırda
qüvvədə olmayan 1974-cü il Konstitusiyasının maddələrinə əsaslanır. Daha əvvəl
3 il müddətinə ağır məcburi əməyə məhkum edilən 64 yaşlı müxalifət liderinin bu
cəzası hərbi lider General Tan Şve tərəfindən dəyişdirilmişdi.