İran daha effektiv sentrifuqalar vəd edir

İranın atom enerji agentliyinin sədrinin sözlərinə görə, ölkənin yeni və daha effektiv sentrifuqaları 2011-ci ilin mart ayına kimi hazır olacaq. Əli Əkbər Salehi yarı-rəsmi Fars xəbər agentliyinə bildirib ki, İran bütün problemlər və nasazlıqları aradan qaldırmaq üçün hazırda yeni nəsil sentrifuqaları sınaqda keçirir. Onun sözlərinə görə, İranın hazırda fəaliyyətdə olan 6 min sentrifuqası var. Yeni modellərin uran zənginləşdirmə vasitələrini hiss olunacaq dərəcədə çoxaldacağı gözlənilir. İran bildirir ki, nüvə proqramı elektrik enerjisi əldə etmək üçündür, ancaq Birləşmiş Ştatlar və digər Qərb dövlətləri Tehranı nüvə silahı əldə etmək üçün mülki enerji proqramından istifadə etməkdə günahlandırır.