Kopenhagendə,  iqlimlə bağlı razılıq əldə edilib

Birləşmiş Ştatlar Kopenhagendə iki həftədir davam edən, iki yüzə yaxın ölkənin iştirakı ilə keçirilən iqlim konfransının son saatlarında mükəmməl olmadığı ABŞ prezidenti tərəfindən də qəbul edilən razılıq əldə olunub. Bir razılığa gəlinməsində isə Obamanın səylərinin mühüm rolu olub. Razılığın ən zəif tərəfi isə onun tətbiqinin məcburi olmaması və sənədin şərtlərinin həyata keçirilməsi üçün mexanizm olmamasıdır.

Prezident Obama dünən konfransda etdiyi çıxışında artıq dünya ölkələrinin ortaq bir məqsəd ətrafında birləşmələrinin vaxtının gəlib çatdığını və ortaq razılıq əldə edilməsi üçün bütün tərəflərin addımlar atmalı olduğunu demişdi. Dünya ölkələrindən bir araya gələn müzakirəçilər artıq iki həftədir ki, alimlərin qlobal istiləşməyə səbəb olduğunu irəli sürdükləri istixana qazlarının azaldılması məsələsini müzakirə edirlər. Medianın bildirdiyinə görə konfransda hazırlanmış saziş layihəsinə sənayesi inkişaf etmiş ölkələrdə istixana qazlarının mühüm nisbətdə azaldılması məsələsi daxil edilməyib.