Cənubi Koreya nüvə müzakirəçisi Moskvaya gedir

Cənubi Koreyanın baş nüvə müzakirəçisi Şimali Koreyanın nüvə proqramına dair altı-tərəfli danışıqların formatını müzakirə etmək üçün bu həftə Moskvaya səfər edəcək. Cənubi Koreyanın xarici işlər naziri Mun Tea-Yonq jurnalistlərə deyib ki, xüsusi nümayəndə Ve Sunq-Lak dekabr-ın 16-dan 19-dək Rusiyada səfərdə olacaq. Munun sözlərinə görə, onun dalana dirənmiş altı-tərəfli danışıqların müzakirəsi üçün rusiyalı həmkarı Aleksey Borodavkinlə görüşü gözlənilir. Keçən həftə ABŞ nümayəndəsi Stefen Bozvorts Pxenyana səfər etmişdi. Səfər çərçivəsində o, Çin Rusiya, Yaponiya və Cənubi Koreyada da olub.