Hindistan qısa mənzilli raketi sınaqdan keçirib

Hindistan nüvə qabiliyyətli qısa mənzilli raketin müvəffəqiyyətlə sınaqdan keçirdiyini bildirir.

Rəsmilər yer-yer tipli Dhanuş raketinin bu gün Benqal körfəzində gəmidən buraxıldğını deyirlər.

Raket 350 kilometr məsafəni qət etmək qabiliyyətinə malikdir. Hindistan sonuncu dəfə Dhanuş tipli raketi 2007-ci ildə sınaqdan keçirmişdir.

Hindistan və qonşu Pakistan vaxtaşırı raket sınqları keçirir.

İki ölkə 1998-ci ildən nüvə silahları sınağı keçirir və Nüvə Silahlarının Yayılmaması haqda Müqaviləyə imza atmayıb.