Human Rights Watch Özbəkistanda insan hüquqlarının vəziyyətindən narahatlığını bildirir

Insan hüquqları müdafiəsi təşkilatı beynəlxalq ictimaiyyəti Özbəkistan hökumətindən dekabrın 27-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən öncə insan hüquqarı fəallarının təqibini dayandırmasını tələb etməyə səsləyib.

Human Rights Watch təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Holli Kartner bildirib ki, Özbəkistanın beynəlxalq tərəfdaşları hökuməti insan hüquqları sahəsindən vəziyyəti yaxşılaşdırdığına görə alğışlasa da, hökumət tərifə layıq deyil.

Beynəlxalq insan hüquqları qrupunun dünən açıqladığı hesabatında noyabr ayında Human Rights Watch-un Özbəkistandakı təmsilçiləri görüşməyə çalışan 7 fəalın həbs edidiyi, onlardan 3-nün döyüldüyü bildirilir. Sənəddə digər fəalların da eyni səbəblə nəzarət altına alındığı qeyd edilir.