Prezident Obama Nobel sülh mükafatını almaq üçün Osloya yola düşüb


Yeni keçirilmiş rəy sorğusuna əsasən, amerikalıların əksəriyyəti bir ildən az müddətdir vəzifə başında olan prezidentin mükafata layiq olmadığını düşünür.

Quinnipeq universitetinin 2300 amerikalı arasında keçirdiyi sorğuda respondentlərin 66 faizinin məhz belə düşündüyü göstərlilir.

Cənab Obama mükafata layiq görülməsini təvazökarlıqla qarşılayaraq, deyib ki, buna gördüyü işlərin nəticəsi kimi deyil, Amerikanın bütün dünyada insanların daşıdığı istəklərin önündə getdiyinin sübutu kimi baxır.

Bəzi tənqidçilər müharibə dövrünün prezidentinin sülh mükafatı almasını ironiya ilə qarşılayıblar.

Ağ Ev bildirir ki, cənab Obama mükafatı qəbul edərkən edəcəyi çıxışı zamanı Əfqanıstanda müharibədən danışacaq.