Kopenhagen sammiti işini davam etdirir

İqlim ekspertlərinin bildirdiyinə görə, 2009-cu il əsrin ən isti ili olmaqla, 21-ci əsrin birinci onilliyi isti keçməlidir. Ümumdünya Meteorologiya Təşkilatı bu göstəricilərlə hesabatını bu gün Kopenhagen sammitində açıqlayıb. Təşkilatın rəhbəri Mişel Jarraud bildirib ki, 1850-ci ildən qeydə alınan göstəricilərə görə, 2009-cu il 5-ci ən isti il olacaq.

Hesabatda Çinin son 50 ildə ən kəskin quraqlıq, Avstraliyanın isə 3-cü ildir isti hava ilə üzləşdiyi bildirilir. Dekabrın 18-dək davam edəcək sammit iştirakçıları qlobal istiləşmə ilə mübarizə və onun təsirlərinə məruz qalan yoxsul ölkələrə yardım məsələlərini müzakirə edir.

Gələn həftə ABŞ prezidenti Barak Obamanın qatılacağı tədbirdə 100-dən artıq ölkənin lideri iştirak edir.