Sincan Uyğur Muxtar Bölgəsində daha üç adam edam edilib

Çin dövlət mətbuatının bildirdiyinə görə, Qərbi Sincan regionunda iyulda baş qaldırmış qanlı etnik iğtişaşlarla bağlı əlavə 3 nəfər edam cəzasına məhkum olunub. Cəzanın icrası regional paytaxt Urumçidə Xalq Məhkəməsi 5 şübhəlini məhkum edəndən bir gün sonra həyata keçirilib. Bununla da iğtişaşla bağlı ölüm cəzasına məhkum olunanların sayı 17-yə çatıb.Sincan Uyğur Muxtar Bölgəsinin paytaxdı Urumçi də iyul ayının beşində iğtişaşlar uyğurların Çinin cənubunda iki uyğurun han çinliləri tərəfindən öldürülməsinə etiraz olaraq başlamışdı. Uyğurların hanlara qarşı zorakılıq işlətməsindən iki gün sonra onlar da qisas almaq üçün şəhərin uyğurların yaşadıqların hissələrinə hücum etmişdilər. Bu iğtişaşlardan sonra yüzlərlə adam təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.