Prezident Obama bu gün  ABŞ-ın Əfqanıstanla  bağlı yeni strategiyasını açıqlayacaq (video)

ABŞ prezidenti Amerika xalqına Əfqanıstan barədə hansı istiqəmətdə irəliləcəyini açıqlayacağını bildirib. Artıq bir neçə həftədir ki, Amerikanın dövlət başçısı milli təhlükəsizlik komandası ilə Əfqanıstandakı vəziyyətlə əlaqədar mümkün variantları nəzərdən keçirir. Barak Obama qərarın doğruluğunun böyük əhəmiyyət kəsb etdiyini deyib. Prezident Obamanın sabah çıxışında Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi məsələsinə də toxunacağı da gözlənilir.

İctimai rəy sorğularının nəticələrinə görə, ABŞ-da Əfqanıstan müharibəsinə dəstək azalmaqdadır. Barak Obama isə deyir ki, planı anlaşılsa, onu dəstəkləyənlər çox olacaq. Barak Obama bildirib ki, əfqan xalqının təhlükəsizliyi əlinə almasının vacibliyi dərk edilməlidir.

2001-ci il müharibəsindən bəri bu il Əfqanıstanda ABŞ qüvvələri üçün ən faciəvi ildir. Hazırda Amerikanın Əfqanıstanda 68000 nəfərlik əsgəri qüvvəsi xidmətdədir.