Yaponiya beşinci kəşfiyyat peykini fəzaya göndərdi

Yaponiya hökuməti müstəqil kəşfiyyat toplamaq qabiliyyətlərini artırmaq məqsədilə beşinci casus peykini fəzaya göndərdiyini xəbər verir. Rəsmilər deyir ki, peyki daşıyan yapon istehsallı H-2A raketi ölkənin cənub qərbindəki Taneqaşima Fəza Mərkəzindən səmaya qalxıb. 1998-ci ildə Şimali Koreya Yaponiya üzərindən raket sınağı keçirdikdən sonra Yaponiya öz müstəqil kəşfiyyat sistemini təkmilləşdirməyə başlayıb. Bu ilin aprelində Şimali Koreyanın uzaq mənzilli raketi Yaponiya üzərindən uçaraq Sakit Okeana düşüb.