İran
rəsmiləri deyir ki, sünni yaraqlı qrup olan Cundullanın 7 üzvü həbs edilib.
Onlar ölkənin cənub-şərqində bir neçə hücumlar təşkil etməkdə ittiham olunur.
Sistan-Bəlucistan vilayətinin ədliyyə rəsmisinin bildirdiyinə görə, terrorizmdə
ittiham edilən həbs olunanlar yaxın gələcəkdə məhkəmə önünə çıxarılacaq.
Cundulla keçən ay İranın cənub-şərqində 57 nəfərin ölümünə səbəb olan intiharçı
hücumunun məsuliyyətini öz üzərinə götürüb. Partlayış qəbilə başçıları və İran
İnqilab Şurasının 6 komandirinin həyatına son qoymuşdu. İran deyir ki, hücumun
təşkilatçıları Pakistanda məskunlaşıb. İslamabad isə İranın ittihamlarını rədd
edir.