ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edir. Baş nazirin şərəfinə şam ziyafəti təşkil ediləcək. İki ölkə liderinin əks-terrorizm, iqlim dəyişikliyi və iqtisadi məsələri müzakirə edib. ABŞ və Hindistanın dövlət və hökumət başçıları Pakistanda sabitsiliyə yol açan Əfqanıstan müharibəsi barədə də fikri mübadiləsi edib.
Manmohan Singh Obama administrasiyasından Pakistandakı esktremistlərə nəzarətin artırılmasını istəyib. Vaşinqtona 4 günlük səfərinə dünən başlayan cənab Singh biznes liderləri ilə görüşü zamanı Hindistan və ABŞ-ın enerji təhlükəsizliyi, təmiz enerji və iqlim dəyşikliyi sahələrində anlaşma memorandumu imzalancağını demişdi.
Hindistanın baş naziri ölkələr arasında mülki nüvə əməkdaşlığına dair razılıq əldə ediləcəyini bildirmişdi.
İki ölkə arasında mülki nüvə razılığı sabiq prezident Corc Buş tərəfindən 2008-ci ildə imzalanıb. Sənəd Hindistana nüvə yanacağı satışına yasaqlayan 30 illik qadağaya son qoymuşdu.
Vaşinqtondan sonra cənab Sing Karib dənizi hövzəsi ölkəsi Trinidad və Tobaqoya səfər etməlidir.