Hindistanın baş naziri Manmohan Singh rəsmi səfərlə Birləşmiş Ştatlardadır

Hindistanın baş naziri Manmohan Singh dörd günlük rəsmi səfərlə Birləşmiş Ştatlardadır. Onun səfərinin məqsədi Əfqanıstan müharibəsi, Pakistanda ekstremizm məsələsinin müzakirəsi və mülki nüvə sahəsində Hindistanla Birləşmiş Ştatlar arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsidir.

Hindistanın baş nazirinin gündəliyində Ticarət Palatasında Birləşmiş Ştatların biznes liderləri ilə və çərşənbə axşamı Ağ Evdə prezident Barak Obama ilə görüşü yer alır. Prezident Obama və baş nazir Singhin Əfqanıstan müharibəsinin Pakistanda sabitliyə mənfi təsir göstərə bilcəyi ilə bağlı Dehlinin narahatlığını müzakirə edəcəyi gözlənilir. Cənab Singh bildirib ki, o, prezident Obama idarəsini İslamçı ekstermisləri nəzarətdə saxlamaq üçün Pakistana daha artıq təzyiq göstərməyə çağıracaq. Cənab Singh həmçinin bildirib ki, o, Birləşmiş Ştatlar liderlərini qeyri- hərbi texnalogiyanın nəqli və təmiz energi sahələrində ölkəsilə daha sıx əməkdaşlığa razı salacağına ümid bəsləyir.